Ana Sayfa > Özəl / Seçki 2024 > Azərbaycan-İsrail arası əlaqələr səfirliyin açılması ilə daha da möhkəmlənəcək

Azərbaycan-İsrail arası əlaqələr səfirliyin açılması ilə daha da möhkəmlənəcək


20-11-2022, 10:04. Yazar: sevinc1
Azərbaycan-İsrail arası əlaqələr səfirliyin açılması ilə daha da möhkəmlənəcək


Şahin Əliyev, Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal

Azərbaycanın İsraildə səfirliyinin açılması gözlənilən bir xəbər oldu. İsrail dövləti ilə olan tarixi dostluq əlaqələrimiz daim yüksələn sürətdə inkişaf etməkdədir. Hansı ki 44 günlük Vətən müharibəsi zamanı da İsrail dövləti daimi dəstəkçimiz idi. İsrail dövlət olaraq hərbi, siyasi, iqtisadi, eyni zamanda, mədəni-mənəvi cəhətdən strateji əhəmiyyətə sahib tərəfdaşımızdır. İsraillə olan dostluq əlaqələrimiz, orada səfirliyin habelə Fələstində də Təmsilçilik Ofisimizin açılması Azərbaycanın hər hansı dindən, məzhəbdən asılı olmayaraq dövlət və dövlətçilik prinsiplərini rəhbər tutaraq düzgün şəkildə addım atmasının və cənab Prezidentin yürütdüyü xarici siyasətin növbəti uğurlu nəticəsidir.

Şahin Əliyev,
Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal
aia.az

Geri dön