Ana Sayfa > Ölkə > Şəmkir sakini dəm qazından boğularaq ölüb

Şəmkir sakini dəm qazından boğularaq ölüb


19-11-2022, 22:44. Yazar: sevinc1
Şəmkir sakini dəm qazından boğularaq ölüb

Şəmkirdə kişi dəm qazından boğularaq ölüb.

Bununla bağlı aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1982-ci il təvəllüdlü Elbrus Abdulrəhimovun yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub ölməsi ilə bağlı məlumat daxil olub.

Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları həmin ünvana gəliblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
Geri dön