Ana Sayfa > Özəl > Azərbaycanın Xilaskarı - Heydər Əliyev
Azərbaycanın Xilaskarı - Heydər Əliyev19-11-2022, 17:24. Yazar: sevinc1 |
Ulu Öndər Heydər Əliyev 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının ölkəmiz müstəqillik qazandıqdan sonra, milli ordu quruculuğu sahəsində əvəzsiz rol oynaması ulu öndərin siyasi uzaqgörənliyinin bariz təsdiqidir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olarq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə müstəqilliyə doğru gedən yolda çox ciddi addımlar atıldı. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik lider, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır. 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, ulu öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi. Azərbaycan xalqı növbəti dəfə müdrikliyini göstərib öz dahi rəhbərinə üz tutaraq onun hakimiyyətə gəlməsini təkidlə tələb etməklə Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinə şərait yaratdı. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük partiyadır. Azərbaycanı və xalqını canından çox sevən ulu öndər Bakıya gəldi. Lakin Azərbaycan və Bakı onun 1982-ci ildə qoyub getdiyi məkan deyildi. Eynən, vaxtilə Napoleon qalibiyyətli “Misir yürüşü”ndən sonra Fransaya qayıdanda gördüyü və Fransa Respublikasının hökumət rəhbərlərinə “Mənim çiçəklənən vəziyyətdə qoyub getdiyim Fransanı nə kökə salmısınız? Sizə sülh qoyub getdim, qayıdanda müharibə tapdım! Sizə İtaliyanın milyonlarını qoyub getdim, qayıdanda soyğunçu qanunlar və səfalət tapdım!”-deməklə təsvir etdiyi mənzərə ilə rastlaşan Napoleondan fərqli olaraq, ümummilli lider abad etdiyi ölkəni qayıdıb bərbad görəndə şikayətlənmədi, əksinə daha böyük cəsarət və həvəslə ölkəni bu dərin böhrandan, əslində dövlətçiliyi və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində vətəndaş müharibəsinin dayandırılmasına nail oldu. Xalqımızın taleyi Ümummilli lideri daim düşündürən əsas məsələ idi. Bu səbəbdəndir ki, 2003-cü ildə Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı onun məsləhətinin intizarında olarkən, ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düz yola istiqamətləndirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin formalaşdırılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun nailiyyətləri ulu öndər Heydər Əliyevin müdrik siyasətinin böyük uğurlarındandır. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı. O, bu barədə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:- Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirk. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Və bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlara aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır... Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü aia.az Geri dön |