Ana Sayfa > Seçki 2024 > Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib - FHN

Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib - FHN


19-11-2022, 10:21. Yazar: sevinc1
Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib, Tərtər rayonunun Hacıqərvənd kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər çıxarılıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön