Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Kirayə mənzil bazarında qiymətlər bahalaşacaq
Kirayə mənzil bazarında qiymətlər bahalaşacaq26-08-2015, 16:22. Yazar: admin |
“Hazırda artım müşahidə edilir”. Hazırda Bakıda kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir. Oxu.Az-a bu barədə “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsinə istinad etsək, bu mövsümdə də kirayə mənzil bazarında 5-6% artım müşahidə ediləcək. Neftin ucuzlaşmasının əmlak bazarına təsirindən danışan N.İbrahimov bildirib ki, ucuzlaşma əmlak bazarına 6-8 aydan sonra öz təsirini göstərir: “Neftin qiyməti ucuzlaşmağa başlayırsa, bu 6-8 ay sonra daşınmaz əmlakın qiymətində öz təsirini göstərir. Yəni, 6-8 ay gecikmə ilə. Mənzil bazarı ilə neft bir-biri ilə sıx bağlıdır”. “Neft ölkələrinə neftin qiymətinin 2 dəfə enməsi daşınmaz əmlak qiymətinin 20-30% azalmasına gətirib çıxarır. Qeyri-neft ölkələrində isə 5-10% enmələr müşahidə olunur”- deyə, İbrahimov əlavə edib. Geri dön |