Ana Sayfa > Şou-biznes > 30 milyonluq ev ana ilə qızı düşmən etdi

30 milyonluq ev ana ilə qızı düşmən etdi


18-11-2022, 15:44. Yazar: sevinc1


Türkiyənin məşhur aparıcısı Seren Serengillə anası Nevin Teoman qarşı-qarşıya gəlib.

aia.az olay-a istinadən xəbər verir ki, "Günaydın" qəzetinin xəbərinə görə, Nevin qızı Serenə dava açıb.

Buna səbəb isə Serengilin anasına ölənə kimi baxacağı barədə müqavilə imzalatdıqdan sonra onun evini öz adına keçirməsi olub.

Teoaman "Qızım məni aldatdı. Nə sağlamlıq sığortamı ödədi, nə də pulumu. Aylarla evdə qaz olmadan oturdum. 30 milyonluq mənzilimi də aldı", - deyə, bildirib.

İddiaya görə, Serengil anasını sağlamlıq komitəsinə aparıb vəsiyyətini yazdırdıqdan sonra notariusdan onun imzasını alıb.

Daha sonra isə Nevinin 30 milyon lirə (təxmini 2 milyon manat) dəyərində olan evinin sənədini öz adına keçirib.

Seren isə açıqlamasında sözügedən mənzilin atasının malı olduğunu, mülkü anasının ilk evliliyindən olan ögey bacıları ilə bölüşmək istəmədiyini və qanunsuz işlərlə əlaqəsinin olmadığını qeyd edib.

aia.az
Geri dön