Ana Sayfa > Manşet / Özəl > Nəsimi rayonunda gender bərabərliyi mövzusunda tədbir keçirilib
Nəsimi rayonunda gender bərabərliyi mövzusunda tədbir keçirilib18-11-2022, 15:03. Yazar: sevinc1 |
Noyabr ayının 17-də Nəsimi Rayon İcra Hakimiyyətində gender (kişi və qadın) bərabərliyi mövzusunda tədbir keçirilib. aia.az xəbər verir ki, Nəsimi RİH-nin yanında İctimai Şuranın təşəbbüsü ilə keçirilən tədbirdə dövlət və özəl qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov öz çıxışında bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını Azərbaycanın Konstitusiyasının təşkil etdiyini vurğulayan E.Süleymanov eyni zamanda, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, sözgüdən qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Həmçinin Eltun Süleymanov bu gün ölkəmizdə gender bərabərliyi məsələsinin dövlətin diqqət mərkəzində olduğunu və qadınlarımızın getdikcə daha çox cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Tədbirin gedişində mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdən foto şəkilləri təqdim edirik Tahir Həsənov aia.az Geri dön |