Ana Sayfa > Özəl > Şimali Koreyadan qitələrarası raket sınağı
Şimali Koreyadan qitələrarası raket sınağı18-11-2022, 13:50. Yazar: sevinc1 |
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın bu səhər qitələrarası olduğu düşünülən ballistik raket atdığını açıqlayıb. aia.az xəbər verir ki, Yaponiya rəsmiləri jurnalistlərə bildiriblər ki, raket Yaponiyadan 200 kilometr uzaqlığa düşüb. Reuters həmçinin bildirib ki, Yaponiya rəsmiləri raketin ABŞ materikinə çatmaq üçün kifayət qədər məsafədə olduğunu bildirib. Bu sınaq Şimali Koreyanın ABŞ-ın bölgədəki hərbi varlığını artırmağa davam etməsinə qarşı xəbərdarlıq olaraq daha kiçik bir raket buraxmasından bir gün sonraya təsadüf edir. Bölgədə gərginliyin artdığı bir vaxtda nüvə silahı potensialını inkişaf etdirməyə çalışan Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib. Nüvəsizləşdirmə danışıqları dalana dirəndiyi üçün Pxenyan 2017-ci ildən bəri ilk dəfə qitələrarası ballistik raketlərin sınaqlarını bərpa edib. Qeyd edək ki, Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib ki, sonuncu raket 15 min km məsafəni qət edə bilir. aia.az Tərcümə şöbəsi Geri dön |