Ana Sayfa > Özəl / Karusel > Avropa İttifaqı Rusiyanın 68 miıyard avrosuna əl qoydu
Avropa İttifaqı Rusiyanın 68 miıyard avrosuna əl qoydu18-11-2022, 12:10. Yazar: sevinc1 |
Avropa İttifaqı Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub. Bu barədə Avrokomissiyanın məlumatlarına əsasən Politico xəbər yayıb. Mətbu orqanın istinad etdiyi sənədlərə əsasən, aktivlərin əsas hissəsi Belçikada dondurulub. Bu ölkədə Rusiyanın 50 milyard avroya yaxın aktivləri yerləşdirilib. Bundan başqa Leksemburqda 5.5 milyard avro, həmçinin İtaliya, Fransa, Almaniya, İrlandiya və s. ölkələrdə də Rusiyaya məxsus aktivlər dondurulub. Politico yazır ki, hazırda Rusiyanın digər Avropa dövlətlərindəki aktivləri barədə Avropa İttifaqı dəqiq məlumatlara malik deyil. Onların təxmini ilə bu məbləğ 33 milyard avrodan çoxdur. Daha əvvəl isə Böyük Britaniya, Rusiyanın onlarla milyard dollarlıq aktivlərini dondurmuşdu. Bildirilir ki, Rusiyanın Ukraynaya hücumundan əvvəl bu məvləğ 20 milyard dollardan çox olub. Müharibə ərəfəsində, 2021-ci ilin sentyabr ayında dondurulan aktivlərin məbləği 50, 7 milyarda yaxın olub. aia.az Tərcümə şöbəsi Geri dön |