Ana Sayfa > Özəl > İTIRƏN AZƏRBAYCAN YOX, UNESCO

İTIRƏN AZƏRBAYCAN YOX, UNESCO


18-11-2022, 10:01. Yazar: sevinc1
İTIRƏN AZƏRBAYCAN YOX, UNESCO

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.
Birinci vitse-prezident Mehriban xanım UNESCO-nun baş direktoruna məktubunda təşkilatın  ideyalarına və dəyərlərinə sadiq olduğunu bildirir. Onun xoşməramlı səfir fəaliyyətinə xitam verməsi təşkilata qarşı addım deyil. Məlumdur ki, UNESCO-nun Katibliyinə Fransa nümayəndəsi rəhbərlik edir. Fransanın nümayəndəsi bu vəzifəyə  seçildikdən sonra Fransa Xarici İşlər Nazirliyində  öz komandasını UNESCO-ya cəlb edib. UNESCO-da  193 üzv ölkə təmsil olunur. Azərbaycanın bu ölkələrlə sıx əməkdaşlığı var. Amma Fransa bu təşkilatı öz təsiri altına salmağa çalışır. UNESCO Azərbaycanın təşəbbüslərini hər zaman dəstəkləyib. Təşkilatda ölkəmizi dəstəkləyənlər çoxdur. Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan UNESCO-da kifayət qədər nüfuz qazanıb. Amma bu gün təşkilatın Fransanın təsiri altında olması qəbuledilməzdir. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə UNESCO-nun missiya göndərilməsi üçün dəfələrlə müraciət edib. Amma təşkilatın Fransa nümayəndələrindən ibarət olan katibliyi tərəfindən bu missiyanın göndərilməsinin  qarşısı alınır. 
Birinci vitse-prezident Mehriban xanım təkcə, Azəbaycanın maddi- mənəvi irsinin tanıdılması deyil, həm də dünya mədəni irsinin qorunması və bərpa olunması sahəsində mühüm töhfələr vermişdir.  Ounun şəxsi təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müsəlman tarixi-dini abidələri, məscidləri ilə yanaşı xristian dini abidələrin, məbədlərin təmir  edilmiş, bərpa olunmuşduir.   Müxtəlif illərdə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Marçellinio və Pietro katakombaları, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi, Fransanın Versal sarayında və parkında iki abidə bərpa olunmuşdur. Fond Luvr Muzeyində aparılan bərpa işlərinə,  Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına  maliyyə vəsaiti ayırmış,  İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı etmişdir.  Və bunlar həyata keçirilən layihələrin bir qismidir.
YUNESKO ilə əlaqələrin inkişafına, təşkilatın dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunmasına dəstək göstərilməsinə baxmayaraq, YUNESKO Azərbaycanın çağırışlarına cavab verməmişdir.  Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər, vandalism haqqında  davamlı  olaraq YUNESKO-ya məlumat verilməsinə baxmayaraq, son 30 il ərzində  bu təşkilat Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi üçün missiya göndərməmiş və faktiki olaraq, UNESCO  bu illər ərzində İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsini sakitcə izləmişdir.   
Cənab Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə öz münasibətini bildirmişdir:”Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”. 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az

Geri dön