Ana Sayfa > Media > Ələkbərovun müavininin avtoşluq edən oğlu həbsxanadan çıxdı

Ələkbərovun müavininin avtoşluq edən oğlu həbsxanadan çıxdı


12-06-2016, 20:48. Yazar: admin
Ələkbərovun müavininin avtoşluq edən oğlu həbsxanadan çıxdı





Bir müddət öncə "Gelandewagen" avtomobili ilə Moskvada dostları ilə birgə avtoşluq edən və 15 sutkalıq inzibati həbs alan Ruslan Şamsuarov azadlığa çıxıb.

Aia.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 20 yaşlı oğlan Mnyovniki təcridxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Ruslan Şamsuarovla dostları avtoşluq edərkən onları saxlamağa çalışan polisləri ələ salıblar. Gənclər hətta polisdən qaçışı videoya da çəkiblər.

R. Şamsuarov "Lukoyl"un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavini Azat Şamsuarovun oğludur.


aia.az
Geri dön