Ana Sayfa > Özəl / Seçki 2024 > YAP Mingəçevir şəhər təşkilatı tədbir keçirib

YAP Mingəçevir şəhər təşkilatı tədbir keçirib


17-11-2022, 17:05. Yazar: sevinc1
YAP Mingəçevir şəhər təşkilatı tədbir keçirib


Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı ilə birgə 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı “Milli dirçəlişimizdə Ümummilli lider Heydər Əliyevin tarixi rolu” mövzusunda elmi-nəzəri konfrans keçirildi.

aia.az xəbər verir ki. Konfransı Mingəçəvir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq geniş məruzə ilə çıxış etdi. Sonra İlham İsmayılov Konfransın gündəliyinə əsasən sözü məruzəçilərə verdi.
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Heydər Əliyev Azərbaycanın milli dirçəlişinə təminat yaradan tarixi şəxsiyyətdir”, 7 saylı tam orta məktəbin direktoru, Tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “ 17 oyabr Azərbaycanın Milli Dirçəliş tarixi dövlət müstəqilliyimizin əldə edilməsində mühüm amildir”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müəllimi Vusalə Mövlayeva “ Ölkə Prezidenti İlham Əliyev müasir dövrdə milli inkişafımızın təminatçısıdlr” mövzusunda çıxış etdilər.

Sonda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı konfransda yekun nitqi ilə çıxış etdi.

Tədbirdən fotolar

Elman Hüseynov
aia.az

Geri dön