Ana Sayfa > Özəl > Xəzər rayonunda "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
Xəzər rayonunda "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.17-11-2022, 16:58. Yazar: sevinc1 |
![]() Xəzər rayonunda "Uşaq Hüquqları Aylığı" (20 oktyabr - 20 noyabr) çərçivəsində tədbir keçirilib. aia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində uşaqların hüquq və vəzifələrinə dair məktəblilərlə görüş keçirildi. Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alverinə Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, AQUPDK nəzdində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, psixoloq Elnarə Əliyeva və şagirdlər iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd şagirdlərə diqqət və qayğının təşviq edilməsi, onlara hüquqları haqqında məlumat verməkdən ibarət olmuşdur. Tədbirdə çıxış edənlər Uşaq hüquqları Konvensiyasının təsis edilməsi, onların ümumi müddəaları haqqında danışıblar. Qeyd edilib ki, uşaqların hüquqları ilə bərabər vəzifələri də var. Həmçinin şagirdlər də bildikləri hüquqları barədə danışdılar. Tədbirdən foto şəkilləri təqdim edirik Elbrus Bağırov aia.az Geri dön |