Ana Sayfa > Media > Gavalının sağlamlıq üçün faydaları
Gavalının sağlamlıq üçün faydaları12-06-2016, 20:21. Yazar: admin |
![]() Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, ftor, maqnezium, sink, yod, mis, sink), qidalı liflər, orqanik turşularla zəngindir. Aia.Az saglamolun.az-a istinadən bildirir ki, gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin faydaları arasında: - "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. - gavalı həmçinin P vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir, qan təzyiqinin tənzimləsinə kömək edir. - qəbizlik zamanı müalicəvi təsir göstərir - bağırsaqların fəaliyyətini yaxşılardırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur. - gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur. - sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır. - gavalı kaliumla olduqca zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və gavalı qurusu yeməlidir. - gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir. - gavalı ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azalıdır. - gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır. - "antosian" maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir. - immuniteti möhkəmləndirir. - sinir sistemi üçün faydalıdır. - qanın tərkibini yaxşılaşdırır. aia.az Geri dön |