Ana Sayfa > Özəl > 17 NOYABR AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

17 NOYABR AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR


16-11-2022, 08:36. Yazar: sevinc1
17 NOYABR AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

1982-ci ildə dahi öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə–SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi ermənilər üçün növbəti ağır zərbə oldu. Yeni vəzifənin də öhdəsindən xüsusi peşəkarlıqla gələn müdrik rəhbər Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşelonunda əyləşənlərin də ona qarşı qısqanclıq hissləri güclənirdi və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması üçün hər vasitəyə əl atırdılar. 1987-ci ilin oktyabrında Heydər Əliyev vəzifədən istefa verməyə məcbur oldu. Həmin dövrdə ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər baş verirdi. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası da ortaya atıldı. Buna qədər Heydər Əliyev amili, onun gücü, dəmir iradəsi və qüdrəti erməni millətçilərini bu kimi təxribatlardan çəkindirirdi. Təsadüfi deyildir ki, erməni millətçiləri Dağlıq Qarabağ məsələsini 1987-ci ildə, Heydər Əliyevin siyasi rəhbərlikdən getməsindən heç iki həftə keçməmiş qaldırmaqla onun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi fikrini ortaya atdı, bununla əlaqədar Xankəndidə və Ermənistanda fasiləsiz mitinqlər başlandı. Azərbaycanın o vaxtkı rəhbərliyi bu təxribatların qarşısında aciz olduğundan öz qətiyyətli mövqeyini ortaya qoya bilmədiyi üçün, həmin məsələ böyük bir problemə çevrildi və Azərbaycanın ağrılı illəri başladı. Bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Baş verənlərdən ən faciəlisi isə “Qanlı yanvar” qırğını və torpaqlarımızın işğal olunması idi. Sözsüz ki, o dövrdə Heydər Əliyev hakimiyyətdə olsaydı bu hadisələrin heç biri baş verməzdi. Əfsuslar olsun ki, Azərbaycanın o zamankı rəhbərliyi baş verənlərin qarşısını almaq üçün heç bir iş görməməklə günahsız insanları qurban verdi.
Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də, Heydər Əliyev buna imkan verməyərək Naxçıvanı qorudu və müstəqilliyin əldə edilməsi yolunda həlledici addımlar atdı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olarq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə müstəqilliyə doğru gedən yolda çox ciddi addımlar atıldı.
Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi.
Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə--xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu.  Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi.
Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az


Geri dön