Ana Sayfa > Karusel / Media > Hansı media subyektləri Reyestr üçün müraciət edə bilər?
Hansı media subyektləri Reyestr üçün müraciət edə bilər?15-11-2022, 17:26. Yazar: sevinc1 |
Medianın İnkişafı Agentliyi Media Reyestrinə bütün media subyektləri müraciət etməli olub-olmadığı məsələsinə aydınlıq gətirib. aia.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva apa-nın sorğusuna cavab olaraq deyib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. “Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir”, - o əlavə edib. aia.az Geri dön |