Ana Sayfa > Özəl > Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix


15-11-2022, 12:11. Yazar: sevinc1
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Dövlətin qanunvericilik sisteminin əsasını onun Konstitusiyası təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası 27 il bundan öncə qəbul olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdır ki, bu vacib şərti reallaşdırmaq üçün cəsarətli və müdrük qərarlar verilməsi zəruri idi.
Bu qərarı isə xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev verə bilərdi.
Beləliklə,Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdir.
Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumda xalqımız tərəfindən qəbul edilmişdir. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu. Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Bununla Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti çox hörmətli möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin nəzərdə tutduğu yolu yaradıcı şəkildə uğurla davam etdirir, bizi uğurlardan uğurlara aparır. Həmin təməl üzərində inkişafa nail olmuş ölkəmiz indi cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir. Bu gün regionda bütün layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil.
Qeyd edək ki, Milli Konstitusiyamız respublikamızın qoşulmuş olduğu bir sıra beynəlxalq konvensiyalara və müqavilələrə, beynəlxalq miqyasda qüvvədə olan qanunlara əsaslanır. Konstitusiyamız Azərbaycanın beynəlxalq aləmdə bərabərhüquqlu üzv kimi öz müstəqilliyinə söykənən xalqımızın mənafeyinə uyğun siyasət aparmasına geniş imkanlar yaradır, Azərbaycan Respublikasının, onun dövlətinin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat verir. Ölkənin daxili həyatının hüquq normalarına əsasən tənzimlənməsinin Konstitusiyada təsbit edilməsi hüquqi dövlətin yaranmasından xəbər verir.
Dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyən edən sənəd. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur.
Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir.Cənab Prezident İlham Əliyevin ölkəmizdə apardığı uğurlu siyasət və həyata keçirilən islahatlar xalqın sosial-rifah halının yaxşılaşmasına xidmət etməklə qanunlarımızın aliliyinə söykənir.
Faktdır ki,Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.Qanunlar toplusu-Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Azərbaycan dövləti mütərəqqi qanunları ilə dünyaya inteqrasiya edir.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Vəfa İsmayılova
YAP Laçın rayon təşkilatının 48 saylı ƏPT- nin sədri.
aia.az

Geri dön