Ana Sayfa > Dünya > Əməkdar artist: "Sevgi qəbahətdir"
Əməkdar artist: "Sevgi qəbahətdir"10-06-2016, 19:22. Yazar: admin |
Heç vaxt sevgi yaşamamışam. Mən bircə Allahımı sevirəm. Bu qürur məndən asılı deyil, heç kimi sevmərəm. Allahdan başqa heç kimə əyilmərəm. Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Bir sevgi tarixçəsi" verilişində deyib. Muğam ifaçısı sevgiyə inanmadığını bildirib: "Kənardakıları görürdüm, biabırçı vəziyyətə qalırdılar. Axırda bir-birinə qismət olmurdular. Sevgidə böyük qəbahət görürəm. Başqasına demirəm sevmə, amma mən bu həyatı istəmirəm. Bir-birinə məktub yazırdılar, telefonla zəng vururdular, sonda qovuşmurdular. Sevgi buna dəyərmi? Buna görə insan öz həyatını puç edərmi? İnsan buna görə mənəviyyatını alçaldarmı? Hansısa bir kişinin qarşısında qadın necə alçala bilər? Bu gün qız sevdi, sabah oğlan istəmədi. Ailədə kimsə istəmədi, qızı almadı, necə olacaq? Nə məktəbdə, nə də universitetdə oxuyanda sevgi yaşadım. Heç bir oğlan cürət edib mənə yaxınlaşa bilməzdi". E.Abdullayeva özünə qoyduğu qadağalardan söz açıb: "Özümə elə qadağalar qoymuşam ki... Bilmirəm o dünyada Allaha necə cavab verəcəm. Allah deyəcək, bu qıza necə zülm vermisən. Hamı-hamını yaxşı tanıyır. Özünü öldürüb, yalan danışıb, nələrsə danışmağa dəyməz. Ad almaq da, maşın sürmək də, yaxşı paltar geyinmək də gec ola bilər. Bunu tezləşdirməklə nə olacaq? Hamıya demək istəyirəm ki, ailə quranda da Allahdan yaxşını istə. Seçmə, gəzmə, xeyirlini istə. Mən o vaxt istədim, şükür ki, indi çox xoşbəxtəm". aia.az Geri dön |