Ana Sayfa > Özəl > İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmayacaq.
İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmayacaq.15-11-2022, 11:38. Yazar: sevinc1 |
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Gününü ailəsi ilə birlikdə Zəfərimizin məhək daşı olan Şuşa şəhərində qeyd etdi. İki il bundan öncə şanlı Ordumuz bu qədim Azərbaycan şəhərini erməni işğaından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi qazandı. Şuşanın strateji mövqeyi onun azad edilməsindən sonra müharibənin taleyini həll etdi. Xatırlatmaq yerinə düşər ki, hələ hərbi əməliyyatlar zamanı Ölkə Prezidenti cənab İlham Əliyev demişdi ki, Şuşa azad edilməsə, bizim qələbəmiz tam olmaz. 8 noyabr-Zəfər Günü münasibətilə Şuşada keçirilmiş tədbirdə etdiyi çıxışında cənab Ali Baş Komandanın dediyi kimi, Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Həm də təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, eyni zamanda ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Buna görə də xalqımız Zəfər Gününü məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir. Bu gün artıq qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb və bundan sonra da gələcək nəsillər bu tarixlə daim fəxr edəcəklər. Onuda qeyd edək ki, Şanlı Azərbaycan hərbçiləri təkcə Şuşanın azad edilməsində deyil, bütün döyüşlərdə misilsiz şücaət və qəhrəmanlıqlar nümayiş etdiriblər. Şuşa, əslində, haqlı olaraq alınmaz qala hesab olunurdu. Şəhərə giriş faktiki olaraq bir yoldan ibarətdir. Eyni zamanda, Şuşanın yerləşməsi bütün ətraf əraziləri hədəfdə saxlamaq üçün idealdır. Lakin bütün bunlara baxmayaraq, qəhrəman hərbçilərimiz meşələrdən, dərələrdən, cığırlardan keçib, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdılar. Sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Şuşanın azad olunmasından dərhal sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Əlbəttə, onlar qorxmalıdırlar. Həm də təkcə onlar deyil, Azərbaycanı təhdid edən, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək niyyətinə düşən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Bütün bunlarla yanaşı, bu faktı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın igid əsgər və zabitləri Şuşaya qədər azad etdikləri bütün digər şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi uğrunda gedən döyüşlərdə də eyni əzm və fədakarlıqla vuruşmuş, misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. 44 gün davam edən Vətən müharibəsi dövründən ordumuzda bir nəfər də olsun fərari olmamışdır. Tarixi Qələbəmizi təmin edən amillər arasında ölkəmizin son illər ərzində qurulmuş möhkəm xarici əlaqələrinin də mühüm rol oynadığını vurğulamaq yerinə düşər. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik xarici siyasətin nəticəsi olaraq son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər - ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi by Zəfər Gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Öz çıxışında cənab Ali Baş Komandanımızın dediyi kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələ bilər. Zəhra Zeynalova, YAP Göygöl rayon təşkilatı üzrə 7 nömrəli ərazi ilk partiya təşkilatının sədri aia.az Geri dön |