Ana Sayfa > Özəl / Parlament > Xəzər rayonunda "Uşaq hüquqları Konvensiyası" adlı maarifləndirici tədbir keçirilib.

Xəzər rayonunda "Uşaq hüquqları Konvensiyası" adlı maarifləndirici tədbir keçirilib.


15-11-2022, 10:04. Yazar: sevinc1
Xəzər rayonunda "Uşaq hüquqları Konvensiyası" adlı maarifləndirici tədbir keçirilib.

Noyabrın 14-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və 121 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları aləti olan "Uşaq hüquqları Konvensiyası" adlı tədbir təşkil edilib.

aia.az xəbər verir ki, tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva, 121 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova, Uşaq Birliyi Təşkilatının rəhbəri Sevda Əliyeva və şagirdlər iştirak edirdilər.

Tədbirdə müxtəlif dünya ölkələrinin milli rəqsləri təqdim olunmuş, bulling və erkən nikah məsələləri ilə bağlı tamaşalar nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına İdarə tərəfindən sertifikatlar təqdim olundu.

Tədbirdən fotolar

Elbrus Bağırov
aia.az


Geri dön