Ana Sayfa > Özəl / Parlament > TÜRKİYƏDƏKİ TERROR AKTINI TÖRƏDƏNLƏR: İCRAÇILAR VƏ TƏŞKİLATÇILAR CƏZASIZ QALMMALIDIR

TÜRKİYƏDƏKİ TERROR AKTINI TÖRƏDƏNLƏR: İCRAÇILAR VƏ TƏŞKİLATÇILAR CƏZASIZ QALMMALIDIR


15-11-2022, 09:36. Yazar: sevinc1
TÜRKİYƏDƏKİ TERROR AKTINI TÖRƏDƏNLƏR: İCRAÇILAR VƏ TƏŞKİLATÇILAR CƏZASIZ QALMMALIDIR

Terrorizm fenomeni çoxaspektli fenomendir. Beynəlxalq terrorizm filosoflar ,tarixçilər, politoloqlar, sosioloqlar, hüquqşünaşlar, iqtisadiyyatçılar və digər elm sahələri tərəfindən öyrənilmişdir. Bu tədqiq olunan materialın spesifik və unikal olması ilə bağlı olub, fənlərarası yanaşmanı tələb edir. Bu sahənin tədqiq olunması nəticəsində məlum olur ki, beynəlxalq terrorizm, onu şərtləndirən amillər, eləcə də beynəlxalq terror aktlarının tədqiqatı istiqamətində kifayət qədər yerli tətqiqatçılar fikirlər söyləmiş, bu sahənin tədqiqi üzərində işləmişlər. Lakin bütün bunlarla yanaşı beynəlxalq terrorizmin mahiyyətinin, ona təsir edən amillərin öyrənilməsi sahəsində, xüsusən də dünya təcrübəsinin araşdırılması istiqamətində kifayət qədər boşluqlar vardır.
Hücumun məqsədi baxımından, terrorizm insanların həyatı, sağlamlığı, mülkiyyəti, hüququ və qanuni mənafelərinə zərər verir və ictimai həyatı disorqanizə edir. Şiddət əsasən fiziki olur və ciddi bədən xəsarətləri və hətta ölümlə müşayiət olunur. O həmçinin, psixoloji təsir və xüsusilə xarakterik olan müxtəlif faydaların qəsb edilməsi ilə də müşayiət olunur. Bu hal əsasən terroristlər fidyə tələb etdikdə baş verir.
Beynəlxalq terrorizm təhdidi, “inamsızlığın qloballaşması”nının ən mühüm dəlillərindəndir. Şübhəsiz, terrorizm yeni bir hadisə deyil; Radikal siyasi və sosial dəyişiklik tətbiq etməyə yönəlmiş, çox vaxt zorakılıq ünsürü daşıyan fəaliyyətlərin varlığı ötən əsrlərə söykənir. Bununla yanaşı, 2001-ci il 11 Sentyabrdakı terrorçu hücumlardan sonra terrorizmə qarşı mübarizə, beynəlxalq münasibətlərin yeni gündəmi halına gəlmişdir, çünki bu hücumlar, terrorçuların hər an və hər yerdə fəaliyyət göstərə biləcəyini dünyaya göstərmişdir. Bu yeni terrorizm bu günə qədərki konseptual çərçivəsini aşmış, yeni bir şəkil almışdır və artıq daha da çox dağıdıcı olmuşdur. Fransız politoloq Olivier Roya görə “yenilik terrorizmin özündən yox, onun kütləvi qırğın silahlarına malik olmaq ehtimalından qaynaqlanır”. Beləliklə, dövlətlər bu böyük təhlükəni hiss etməli və əvvəllər terrora qarşı aldıqları tədbirləri bu çərçivədə yenidən nəzərdən keçirməlidirlər.
1975 – 1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 200-dək terror aktı həyata keçirilmişdi. Onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Bu aktlar nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışdı. 1973-cü il yanvarın 7-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanukyan tərəfindən qətlə yetirlmişlər. Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər. Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən həyata keçirilib.
Nəhayət, bu gün beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də insan hüquqlarına qarşı yönəlmiş ən ciddi təhdid olan terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni-kürd terror təhlükəsinə daha ciddi yanaşmalı, onlara qarşı ən sərt cəza tədbirləri görməlidirlər ki, yenidən günahsız insan faciələrinin təkrarlanmasına yol verilməsin. Hər kəs yaxşı bilməlidir ki, günahsız insanların ölümünə səsəb olan bu qanlı terror aktları ilə gündən-günə inkişaf edən, qlobal gücə çevrilmək yolunda inamla addımlayan qardaş Türkiyə Cümhuriyyətini sarsıtmaq, öz yolundan döndərmək mümkün deyil. Qardaş ölkənin daxili işlər naziri Süleyman Soylunun məsələ ilə bağlı dedikləri əslində bu qanlı hadisəni sifariş edələrə və onun icraçılarına ciddi mesajdır: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az


Geri dön