Ana Sayfa > Seçki 2024 > Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyir.

Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyir.


14-11-2022, 23:38. Yazar: sevinc1
Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyir.

Hər bir dövlətin mövcüdluğunu şərtləndırən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası  təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 27 ili tamam olur. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumda xalqımız tərəfindən qəbul edilmişdir. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu. Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi. Bununla Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti çox hörmətli möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin nəzərdə tutduğu yolu yaradıcı şəkildə uğurla davam etdirir, bizi uğurlardan uğurlara aparır. Həmin təməl üzərində inkişafa nail olmuş ölkəmiz indi cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir. Bu gün regionda bütün layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil.   
Qeyd edək ki, Milli Konstitusiyamız respublikamızın qoşulmuş olduğu bir sıra beynəlxalq konvensiyalara və müqavilələrə, beynəlxalq miqyasda qüvvədə olan qanunlara əsaslanır. Konstitusiyamız Azərbaycanın beynəlxalq aləmdə bərabərhüquqlu üzv kimi öz müstəqilliyinə söykənən xalqımızın mənafeyinə uyğun siyasət aparmasına geniş imkanlar yaradır, Azərbaycan Respublikasının, onun dövlətinin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat verir. Ölkənin daxili həyatının hüquq normalarına əsasən tənzimlənməsinin Konstitusiyada təsbit edilməsi hüquqi dövlətin yaranmasından xəbər verir.Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşmasına xidmət etməklə qanunlarımızın aliliyinə söykənir.
Yeri gəlmişkən, qeyd edilməlidir ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

İlkin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədr müavini

Geri dön