Ana Sayfa > Ölkə > Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb


14-11-2022, 20:34. Yazar: sevinc1
Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.

ANAMA-dan bazar ertəsi verilən məlumata görə, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

aia.az
Geri dön