Ana Sayfa > Özəl / Şou-biznes > Milli Opera Teatrının səhnəsində “Traviata” operasının böyük uğurla ifası gerçəkləşmişdir.
Milli Opera Teatrının səhnəsində “Traviata” operasının böyük uğurla ifası gerçəkləşmişdir.14-11-2022, 16:26. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Latviya Milli Opera Teatrının səhnəsində dahi Cüzeppe Verdinin “Traviata” operasının böyük uğurla ifası gerçəkləşmişdir. Böyük marağa səbəbə olan tamaşanı teatrın tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor idarə etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə keçən tamaşaya biletlər neçə gün öncədən tam olaraq satılmışdır. Vaxtı ilə dahi alman bəstəkarı Rixard Vaqnerin dirijorluq etdiyi həmin teatrda həyata keçən tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Operada əsas rolları Latviya Milli Opera Teatrının tanınmış solistləri - İnqa Slubovska (Violetta), Mixalis Çulpayevs (Alfredo), Yanis Apeynis (Jorj Jermon), İlona Bagele (Flora Bervua), həmçinin, Quntars Rungis (Qaston), Viesturs Vitols (Baron), Yuris Adamsons (Markiz), Eviya Martinson (Annina) və Krisyanis Norvelis (Doktor Qrenvil) ifa etmişlər. Əsərdə azərbaycanlı dirijorla bərabər Latviya teatrının simfonik orkestri və xoru da yer almışdır. Riqada gerçəkləşən tamaşanın quruluşçu rejissoru - Andjey Jaqars, quruluşçu rəssam - Andris Frayberq, geyim üzrə rəssam - Kristina Pasternak, işıq üzrə rəssamı isə Qleb Filştinskidir. Ayaqüstə alqışlarla qarşılanan ifadan sonra Latviya Milli Opera Teatrının direktoru, məşhur opera müğənnisi Elgis Silinş və Azərbaycanın Latviyada Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov ifaçıları təbrik edərək onlara xoş arzularını bildirmişlər. Xüsusi olaraq azərbaycanlı dirijor Əyyub Quliyevin tamaşasını izləmək üçün Leypsiqdə çıxışlarını yarımçıq qoyaraq Riqaya gələn teatrın direktoru Egils Silinş Bakı ilə bağlı xoş xatirələrini bölüşmüşdür. Qeyd etmək lazımdır ki, bu ilin sentyabr ayında Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəvətilə Egils Silinş Üzeyir Hacıbəyli Festivalında rəsmi qonaq qismində iştirak etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə keçən görüşlərdə Latviya Milli Opera Teatrı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi perspektivləri ətraflı müzakirə olunmuşdur. Geri dön |