Ana Sayfa > Ölkə > Özünü yandıran üç uşaq atası xəstəxanada öldü
Özünü yandıran üç uşaq atası xəstəxanada öldü14-11-2022, 11:23. Yazar: sevinc1 |
Dörd gün əvvəl Tovuzda özünü yandıran şəxs xəstəxanada vəfat edib. “Qafqazinfo” xəbər verir ki, rayonun Düz Qırıqlı kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandıran 1985-ci il təvəllüdlü Mayıl Aydın oğlu Həmidov vəfat edib. Bildirilib ki, üç uşaq atası olan M.Həmidov kənddə fərdi təsərrüfatla məşğul olub. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |