Ana Sayfa > Özəl / Parlament > Azərbaycan Ordusunun yenilməz olduğu 44 gündə dünyaya sübut edildi.

Azərbaycan Ordusunun yenilməz olduğu 44 gündə dünyaya sübut edildi.


14-11-2022, 09:54. Yazar: sevinc1
Azərbaycan Ordusunun yenilməz olduğu 44 gündə dünyaya sübut edildi.

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.

Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Bu gün Azərbaycan Xalqı, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazır. Beynəlxalq müstəvidə və bölgədə öz sözümüzü demişik. İstəyimizə nail olmuşuq. Və əminəm ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir. Çox yüksək səviyyəli və uğurlu dəmir yumruq əməliyyatı ilə Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı.Qazanılan bu möhtəşəm qələbə Azərbaycan oğullarının qorxmazlığını, igidliyini, mərdliyini və qəhrəmanlığını bütün dünyaya göstərdi.

Azərbaycanın dünyada güclü orduya sahib olduğu 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut edildi. Bütün dünya bir daha gördüki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Əgər erməni dığaları revanşa əl atmaq istəsələr onlar üçün çox pis və acı nəticələr baş verəcək. Qarabağ məsələsini Müzəffər Ordumuz və qətiyyətli Ali Baş Komandanımız çox yüksək səviyyədə və uğurla həll etdi və Qarabağ tam olaraq Müzəffər Azərbaycan Ordusunun nəzarətindədir! Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür. Müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağı yenidən quracağıq. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
aia.az

Geri dön