Ana Sayfa > Şou-biznes > Facebook-da maraqlı YENİLİK

Facebook-da maraqlı YENİLİK


10-06-2016, 14:02. Yazar: admin


"Facebook" sosial şəbəkəsi bu gündən şəkillərə 360 dərəcədə baxmaq imkanı verən yenilik tətbiq edir.

Aia.az publika.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zukerberq məlumat paylaşıb. Artıq bundan sonra yeni nəsil telefonlarla və ya 360 dərəcəli panoramla şəkil çəkmək mümkün olan fotoaparatlarla çəkdiyiniz şəkilləri "facebook" a yükləyəndə onun üzərində "360" dərəcə işarəsi görünəcək. Bununla da şəkillərə 360 dərəcə effektlə baxmaq mümkün olacaq. Bu zaman istifadəçilər özlərini həmin yerdə hiss edəcəklər.
Geri dön