Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Antalya şəhərində 38-ci Beynəlxalq Kardioloji Konqress keçirilib.
Antalya şəhərində 38-ci Beynəlxalq Kardioloji Konqress keçirilib.14-11-2022, 09:39. Yazar: sevinc1 |
Antalya şəhərində 10-13 noyabr 2022-ci il tarixində 38-ci Beynəlxalq Kardioloji Konqress keçirilib. aia.az xəbər verir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d.,prof. Gülnaz Dadaşova bu Beynəlxalq tədbirin iştirakçısı olub. Qeyd edək ki, “Simpoziumlar”, “Təzadlı Baxış” və “Bunu necə etməli” sessiyaları vasitəsilə ürək-damar xəstəlikləri ilə bağlı ən son biliklər yenilənərək, müzakirə edilib. Bütün kardiologiya praktikasını əhatə etmək üçün “Gənc Kardioloqlar Sessiyaları” adı altında “Gündəlik Təcrübədə Kardiologiya” sessiyaları genişləndirilib. Son illərdə maraqla sayı artırılan və sertifikatlar verilən “İnteraktiv Kurslar”la biliklərlə yanaşı, bacarıqlar artırılıb. Hər bir sessiya Türkiyədən və dünyadan öz mövzularında böyük çəkiyə malik dəyərli natiqlər və debatçılar iştirak edib. Bu il beynəlxalq miqyası daha da güclənən konqres yenidən TTB layiq görüləcək. Tədbirdən fotolar Elbrus Bağırov aia.az Geri dön |