Ana Sayfa > Özəl / Təhsil > Gəncədə “II Kitab Sərgisi” uğurla yekunlaşıb
Gəncədə “II Kitab Sərgisi” uğurla yekunlaşıb13-11-2022, 20:56. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Urban" Mərkəzində təşkil olunan “II Gəncə Kitab Sərgisi" başa çatıb. “Nizami yurduna kitabla gəlirik!” şüarı ilə keçirilən II Gəncə Kitab Sərgisində ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edib. Sərgidə satışa çıxarılan kitablara 50%-dək endirim tətbiq olunub. 3 gün ərzində məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar keçirilib. Yerli hakimiyyət orqanı sərginin əsl kitab bayramı ab-havasında baş tutması üçün təşkilati işlərə dəstəyini əsirgəməyib. Xatırladaq ki, 3 gün davam edən sərginin işində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Şəmil Sadiq, ziyalılar, ictimaiyyət nümayəndələri, yazıçılar və kitabsevərlər iştirak ediblər. Tədbir boyunca iştirakçılara “Bölgələrə kitabla gedirik!” şüarı ilə həyata gerçəkləşən layihə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində artıq 2 ildir ölkəmizin bir çox şəhər və rayonunda kitab sərgiləri təşkil olunur. Əsas məqsəd dövlətçilik dəyərlərimizin intellektual gənclərə kitab vasitəsilə çatdırılması, yerli kitabçılığın inkişafının təmin edilməsidir. O da bildilib ki, son zamanlar gənclər arasında kitaba maraq göstərənlər arasında artım müşahidə olunur ki, bu cür tədbirlərin təşkili də buna öz töhfəsini verməkdədir. Azər Tağızadə aia.az Geri dön |