Ana Sayfa > Gündəm > DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı - Açıqlama

DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı - Açıqlama


13-11-2022, 17:45. Yazar: sevinc1
DİN-dən Kliniki Tibbi Mərkəzdəki olayla bağlı - Açıqlama

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən bildirilib.

“Həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək” – DİN-in açıqlamasında qeyd olunur.

Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.
aia.az
Geri dön