Ana Sayfa > Özəl > Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü13-11-2022, 12:50. Yazar: sevinc1 |
Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Dövlət başçımızın 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında da Türk Dövlətlərinin bir-birilərinin milli maraqları nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik göstərmələrinin vacibliyi xüsusi vurğulanmışdır. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Həqiqətən də 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Lakin müasir dünyada gedən proseslər qarşıya yeni tələblər qoyur. Bu tələblərə cavab verə bilmək üçün Türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı daha da fəallaşdırılmalıdır. Yalnız bu yolla, yalnız birlik və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi ilə Türk dünyası özünün təhlükəsizliyini, insanlarının rifah yüksəlişini təmin edə bilər. Dövlət başçımızın Zirvə Görüşündəki çıxışında yer almış çağırışlar da məhz bu hədəflərə istiqamətlənmiş addımların atılması zərurətini qeyd edir.” Mirzəyeva Aytac YAP-ın üzvü Geri dön |