Ana Sayfa > Seçki 2024 > Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub


13-11-2022, 10:27. Yazar: sevinc1
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 130 m² olan kafenin içərisində bir ədəd divan və divara quraşdırılan üç ədəd elektrik sobası yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən aia.az-a məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan bir ədəd kondisionerin üzlüyü əriyib.

Kafe yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
Geri dön