Ana Sayfa > Özəl > İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu


12-11-2022, 11:58. Yazar: sevinc1
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu



Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bizim Qələbimiz Prezident İlham Əliyevin dünya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Məhz cənab Prezidentin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilərək Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Üçtərəfli Bəyanat uzun illər dəyişməz qalan status-kvonu bizim xeyrimizə dəyişdi. Bəyanata əsasən, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Bu gün artıq düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur.Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni Dəmir yumruğun zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, artıq Dağlıq Qarabağ deyilən bir ərazi yoxdur. Qarabağ Azərbaycandır! İki ildir ki, azad olunan ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Işlər uğurla davam edir. Bu torpaqların sakinləri, uzun illər məcburi köçkün kimi həyat sürən sakinlərin doğma ata yurduna qayıtmaları üçün hər cür şərait yaradılacaqdır. Əsas odur ki, Azərbaycanın mərd övladları iyirmi birinci əsrdə dövlətimizi dünyaya qalib bir ölkə kimi təqdim elədilər, xalqımız birlik nümayiş etdirməklə qədim dövlətin varlığını sübut etdilər.Münaqişə bitdikdən sonra Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, mübahisəli məsələrin həll edilməsi məqsədi ilə keçirilən bütün görüşlər Prezident cənab İlham Əliyevin yüksək diplomatik məharəti və qətiyyətli siyasəti nəticəsində ölkəmizin xeyrinə yekunlaşır və görüşlərdən sonra qəbul edilmiş bəyanatlar da Azərbaycanın üstünlüyünü təsdiq edir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az

Geri dön