Ana Sayfa > Özəl / Seçki 2024 > Lənkəranda ağacəkmə aksiyası keçirilib

Lənkəranda ağacəkmə aksiyası keçirilib


11-11-2022, 13:47. Yazar: sevinc1
Lənkəranda ağacəkmə aksiyası keçirilib

Noyabr​ ayının 11-də Lənkəranda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi ilə əlaqədar olaraq YAP Lənkəran rayon təşkilatı, Lənkəran şəhər icra hakimyyəti və Lənkəran regional meşə təsərüfatı mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

aia.az xəbər verir ki, “YAP- ın yaradılmasının 30 illiyi ” münasibətilə Lənkəran​ şəhərinin Heydər Əliyev prospektinin ərazisində yarım hektar sahədə 60 sərv​ ağacı əkilib.

Ağacəkmə aksiyasında Lənkəran şəhər icra hakimyyətinin başçısı Taleh Qaraşov ,YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev​ , təşkilatın əməkdaşları , ƏPT​ sədrləri, veteranları və partiyanın fəalları iştirak ediblər.

Tədbirdən foto şəkilləri təqdim edirik.

Elbrus Bağırov
aia.az

Geri dön