Ana Sayfa > Özəl / Seçki 2024 > Saatlıda Şəhid Nəsirov Nahid Əlizamin oğlunun məzarı ziyarət edilib.

Saatlıda Şəhid Nəsirov Nahid Əlizamin oğlunun məzarı ziyarət edilib.


11-11-2022, 13:01. Yazar: sevinc1
Saatlıda Şəhid Nəsirov Nahid Əlizamin oğlunun məzarı ziyarət edilib.

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində igidlik, mərdlik və qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn Nəsirov Nahid Əlizamin oğlunun şəhadətə ucalmasının ikinci ildönümü münasibəti ilə məzarını ziyarət etdilər, məzarı önünə gül dəstələri düzdülər, ruhuna dualar oxudular və anım günü münasibəti ilə təşkil olunan yas mərasimində iştirak edərək valideyinləri ilə görüşüb, söhbət etdilər.
aia.az xəbər verir ki, şəhidin ailəsi Yeni Azərbaycan Partiyası və dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun!

Fotolar təqdim edirik

Elman Hüseynov
aia.az

Geri dön