Ana Sayfa > Özəl / İdman > "Real Madrid" qalib gəlib

"Real Madrid" qalib gəlib


11-11-2022, 09:45. Yazar: sevinc1
"Real Madrid" qalib gəlib

İspaniya çempionatının XIV turunun matçında “Real Madrid” “Kadis”i məğlub edib - 2:1.

aia.az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilən oyunda ilk hissənin sonunda hesabı madridlilər açıb - Eder Militao fərqlənib.

İkinci hissənin ortalarında almaniyalı yarımmüdafiəçi Toni Kroos komandasının ikinci qolunu vurub. Görüşün sonunda Lukas Peres hesabdakı fərqi azaldıb.

“Real Madrid” La Liqanın turnir cədvəlində “Barselona”dan 2 xal geri qalaraq ikincidir. “Kadis” isə 19-cu sıradadır.

aia.az
Tərcümə şöbəsi

Geri dön