Ana Sayfa > Siyasət / Özəl > BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi
BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi10-11-2022, 12:56. Yazar: sevinc1 |
Prezident İlham Əliyev noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib.Ölkə prezidenti çıxışı zamanı bildirib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında olub. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini güc yolu ilə azad etdi. Ötən 30 il ərzində aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Dövlət başçısı çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən də danışıb. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.Prezident İlham Əliyev onu da qeyd edib ki, Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının almaq üçün əlimizdən gələni etməliyik. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını güc yolu ilə azad etdi”. Prezident İlham Əliyevin Əlcəzairə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd edən professor Y.Huri deyib ki, Azərbaycanın dövlət başçısının Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi ölkə ictimaiyyətini məmnun edib: "O, bu barədə Sammitdəki çıxışında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki, Milli Mücahidlər Muzeyini ziyarət edərkən ona Fransanın işğalı zamanı fransızların 5 milyondan çox mina basdırdığı barədə məlumat verilib. Dövlət başçısı bildirdi ki, bu vəziyyət ona öz ölkəsinin də üzləşdiyi analoji problemləri xatırlatdı. Belə ki, Ermənistan işğal zamanı Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb, bunun nəticəsində müharibədən sonra 260-dan çox azərbaycanlı həlak olub, yaxud yaralanıb". Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın.Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, yer üzündə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yeritdiyi siyasət sayəsində dünya dövlətləri arasında layiqli yer tutmuşdur. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi aia.az Geri dön |