Ana Sayfa > Özəl / Təhsil > YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib
YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib7-11-2022, 12:08. Yazar: sevinc1 |
Noyabrın 6-da “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilidi. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hesabat məruzəsi təqdim edərək bildirib ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub Komandaları ümumilikdə təmsil edən 616 nəfər gənc ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırdılar. Hər qrup üzrə 3 qalib, ümumilikdə 21 komanda final mərhələsində I-III yerlər üzrə mübarizə aparmaq haqqı qazanıblar. Tədbirdə I, II, III yerləri tutmuş Səbail, Şirvan, Nərimanov komandalarının oyunçuları müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olundu. III yerin qalibi – Nərimanov komandasını YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, II yerin qalibi - Şirvan komandasını YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, I yerin qalibi – Səbail komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edildi. İntellektual oyunun bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan gələn Zəfər bayramı, Dövlət Bayrağı Günü və Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tahir Budaqov vurğulayıb ki, Zəfər günü ərəfəsində belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz hərb meydanında olduğu kimi, bilik yarışmasında da öz şücaət və bacarıqlarını nümayiş etdirirlər. Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclər ordusunun olması çox sevindiricidir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gənclər bizim gələcəyimizdir. YAP Sədrinin müavini bilik yarışmasında iştirak edən bütün gəncləri təbrik edib. O qeyd edib ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Vurğulayıb ki, belə intellektual yarışlarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir. Tahir Budaqov əlavə edib ki, qalib komandalara təqdim olunan medallar dünyada yeganə nüsxələrdir və bu yarış üçün xüsusi hazırlanıb. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatdı. Tədbirdən fotoları təqdim edirik Elbrus Bağırov aia.az Geri dön |