Ana Sayfa > İdman > Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb6-11-2022, 14:05. Yazar: sevinc1 |
Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) aia.az-a verilən məlumata görə, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib. Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb. Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb. Niftəliyev və Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib. Geri dön |