Ana Sayfa > Özəl / Dünya > ABŞ-da atışma:

ABŞ-da atışma:


6-11-2022, 10:11. Yazar: sevinc1
ABŞ-da atışma:

Amerikanın Filadelfiya şəhərində (Pensilvaniya) bar yaxınlığında atışma nəticəsində 9 nəfər yaralanıb.

aia.az xəbər verir ki, bu barədə polisə istinadən CBS News məlumat yayıb.

Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis Filadelfiyanın Kensinqton rayonundakı barın qarşısında 9 nəfərin güllələndiyini bildirib.

Məlumata görə, polis bir neçə hücumçunun olduğunu güman edir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, azı 40 atəş açılıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön