Ana Sayfa > Özəl / Təhsil > 8 Noyabr – Zəfər Günü münasibətilə görüş keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə görüş keçirilib


6-11-2022, 08:30. Yazar: sevinc1
8 Noyabr – Zəfər Günü münasibətilə görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə RTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan Vətən müharibəsi iştirakçıları, həmçinin övladı müharibədə şəhid olmuş təhsil işçilərilə görüş keçirilib. Görüşdə 30-a yaxın təhsil işçisi iştirak edird.

aia.az xəbər verir ki, giriş sözü ilə çıxış edən Quba-Xaçmaz RTİ-nin müdiri Rüfət Hacıyev 8 Noyabr tarixinin hər bir azərbaycanlı üçün qürur, fəaxarət günü olduğunu bildirərək, bu zəfərin qazanılmasında birbaşa payı olan görüş iştirakçılarına təşəkkürünü bildirib. Daha sonra şəhid valideynləri və müharibə iştirakçıları 44 günlük müharibə və Zəfər Günü barədə öz təəssüratlarını bölüşüb şəhidlik məqamına ucalmış Vətən oğulları haqqında xatirələrini danışıdı.

Sonda müharibə iştirakçılarına və şəhid ailələrinə Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərman və hədiyyələri təqdim olundu
Tədbirdən foto şəkilləri təqdim edirik.

Elbrus Bağırov
aia.az

Geri dön