Ana Sayfa > Özəl / Media > Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirib

Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirib


5-11-2022, 10:06. Yazar: sevinc1
Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası  8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirib


Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası
8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirib

Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – Türkan Quliyeva, Aidə Dünyamalıyeva və Gülgün Xanbabayevanın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı, Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, mükəmməl ordu quruculuğu ilə ölkəmizin İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə nəticələnməsi haqqında məruzələri dinlənilib. Çıxış edənlər 8 noyabrda əldə edilən qələbənin Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olduğundan danışıblar və şəhidlərimizin əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər.
Tədbirdən foto şəkilləri təqdim edirik.

Tahir Həsənov
aia.az
Geri dön