Ana Sayfa > Manşet / Özəl / Dünya > Ərdoğan NATO Baş katibi ilə görüşüb

Ərdoğan NATO Baş katibi ilə görüşüb


5-11-2022, 09:30. Yazar: sevinc1
Ərdoğan NATO Baş katibi ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

aia.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

Türkiyə lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.

aia.az
Tərcümə şöbəsi

Geri dön