Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Xaçmazda yol qəzası: 3 yaralı

Xaçmazda yol qəzası: 3 yaralı


26-08-2015, 15:05. Yazar: admin
Xaçmazda yol qəzası: 3 yaralı


Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 26-cı km-də qeydə alınıb. Xaçmaz rayonu, Mançaroba kənd sakini, 1956-cı il təvəllüdlü Səmədov Nəsrəddin Şəmsəddin oğlunun idarə etdiyi 27 BG 814 dövlət nömrə nişanlı “QAZ 3110” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Orxan Malik oğlunun idarə etdiyi 10 LN 912 dövlət nömrə qeydiyyatlı “Vaz 21012” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində hər iki maşının sürücüsü və “QAZ 3110”-da olan sərnişin Xaçmaz rayonu, Mançaroba kənd sakini, 1966-cı il təvəllüdlü Osmanov Osman Hacıbala oğlu xəsarət alıb.

Hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Geri dön