Ana Sayfa > Dünya / Özəl > Kiyevdə 450 min ev işıqsız qalıb

Kiyevdə 450 min ev işıqsız qalıb


4-11-2022, 14:08. Yazar: sevinc1
Kiyevdə 450 min ev işıqsız qalıb

Ukraynanın paytaxtı Kiyev şəhərində 450 min ev işıqsız qalıb.

aia.az xəbər verir ki, bu barədə şəhərin meri Vitaliy Kliçko rəsmi "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm əvvəl günlərə nisbətən 1.5 dəfə çoxdur və Ukraynanın energetika sisteminin həddindən artıq yüklənməsi səbəbi ilə vəziyyət ağır olaraq qalır.

Kliçko vətəndaşlara elektrik enerjisinə maksimum qənaət etməyi tövsiyə edib.

aia.az
Tərcümə şöbəsi

Geri dön