Ana Sayfa > Özəl > Səməd Allahverdiyev: “ Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və savaşaraq qələbə qazandı”

Səməd Allahverdiyev: “ Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və savaşaraq qələbə qazandı”


4-11-2022, 11:00. Yazar: sevinc1
Səməd Allahverdiyev: “ Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və savaşaraq qələbə qazandı”

“2020-ci il sentyabr ayının 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ruhunu daha da gücləndirdi. Bütün xalq öz Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.”

Bu sözləri aia.az verdiyi açıqlamasında Azərbaycan Dəniz Nəqliyyati Işçiləri Həmkarlar Ittifaqi Respublika Komitəsi sədri Səməd Allahverdiyev deyib.

Səməd Allahverdiyev öz müsahibəsində belə bir məqamı da vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 19 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.”

Daha sonra Səməd Allahverdiyev Şuşa şəhərinin işğaldan azad olunmasının hərbi əməliyyatların sona çatmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin bir aslan sıçrayışı ilə əldə edildi. Nəhayət reallıqlardan qaçmağın mümkün olmadığını qəbul etməli olan düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Erməni işğalçıları sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin düşməni olduqlarını dəfələrlə öz əməlləri ilə sübuta yetiriblər. Bu gün də Vətən torpaqları işğaldan azad edildikcə biz azğın düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə gördük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları işğal altında olan ərazilərdə misli görünməmiş qarət, soyğun əməlləri, vandalizm aktları həyata keçiriblər. Şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələr, təbii sərvətlər talan olunub və darmadağın edilib. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları xarabalıqları xatırladır. İşğal altındakı torpaqlarımızda, o cümlədən Azərbaycan üçün milli dəyərlərimizin bir xəzinəsi olaraq xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub-yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq və bu gün artıq bütün dünya bu qayıdışı müşahidə edir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqı öz torpaqlarına qayıdır və bundan sonra öz torpaqlarında əbədi olaraq yaşamaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaratmaq əzmindədir.”

aia.az
Geri dön