Ana Sayfa > Özəl / Dünya > Pakistanda İmran Xana sui-qəsd
Pakistanda İmran Xana sui-qəsd4-11-2022, 12:11. Yazar: sevinc1 |
Silahlı şəxslər Pakistanın keçmiş baş naziri İmran Xana hücum ediblər. aia.az xəbər veirr ki, hücum zamanı Xan ayağından güllə yarası alıb. Yüngül yaralanıb, bir şübhəlinin hadisə yerində güllələndiyi, digərinin isə hadisə yerində tutulduğu bildirilir. Pakistan turuna oktyabrın 28-də növbədənkənar seçki çağırışı ilə başlayan İmran Xan dünən Pəncab əyalətinin Vəzirabad şəhərinə gəlib. Burada Hanın seçki karvanını hədəfə alan hücumçular Xanı, o cümlədən partiyanın yüksək vəzifəli üzvlərinin də olduğu altı nəfəri yaralayıb. Qeyd edək ki, Lahor şəhərində xəstəxanaya çatdırılan Xanın vəziyyətinin yaxşı olduğu bildirilir. aia.az Tərcümə şöbəsi Geri dön |