Ana Sayfa > Özəl > Qazax rayonuda "Məhəllə Ansamblı”adlı layihəyə uğurla davam edir
Qazax rayonuda "Məhəllə Ansamblı”adlı layihəyə uğurla davam edir4-11-2022, 09:00. Yazar: sevinc1 |
Qazax rayonu Çaylı kənd 2 saylı tam orta məktəbin müəllimi Bağırov Nəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuşdur. İayihənin adı: “Məhəllə Ansamblı” Layihənin məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli keçirməklə milli-mənəvi dəyərlərimiz olan musiqi alətlərimizdə ifa etmək bacarəqları aşılamaqdır. aia.az xəbər verir ki, Çaylı kənd 2 saylı tam məktəbində 40 ildir ki, müəllim işləyirəm. Dərs vaxtı səhər 8⁰⁰-dən 15⁰⁰-dək şagirdləri nəzarətdə saxlayıram ki,məktəb nizamnaməsinə, eləcə hüquq və vəzifələrinə, sağlamlıq və gigiyena qaydalarına əməl etsinlər ki, gələcəyimizə sağlam uşaqlar yetişsin. Onlarla zamanla fərdi söhbətlər edib, başa salıram ki, pis vərdişlərdən uzaq dursunlar. Telefonda, komputerdə lazımsız oyunlara alüdə olmasınlar. Sağlam ruhda böyüsünlər. Amma mən uşaqlarla həm söhbət zamanı, həm də onları uzaqdan nəzarət zamanı görürəm ki, onlar heç də lazımi şəkildə vaxt keçirmirlər. Bəzi pis vərdişlərə siqaret, tərkibsiz içkilər, pullu oyunlar, telefonda oyunlara daha çox meyillidirlər. Çox az hallarda şagird dərsdən evə gedir. Bəzi uşaqlar da ( bu oğlanlara aiddir) çayxana, internet klublara meyillənirlər. Bu acınacaqlı mənzərə ilbəil artır. Uşaqları əsrin bəlası olan nikotindən və.s qorumaq lazımdır. Onların asudə vaxtlarını daha səmərəli təşkili üçün bir musiqi ansanblı yaratmaq fikrinə düşdüm. Çünki məktəbimizin tədbirlərində məcbur olub pulla kənardan ansambl gətiririk ki bu da məktəb və eləcə də valideyin narazılığına səbəb olur. Bu layihəni həyata keçirmək arzusuna nail olaramsa, mən iki problemi həll etmiş olaram. Məkrəb, eləcə də şagirdlərin bayram şənliklərini elə şagirdlərin özləri aparır və ən əsası onlar asudə vaxtlarını səmərəli keçirməklə bərabər milli –mənəvi dəyərlərimizdən biri olan musiqi alətlərində ifa etməyi bacaracaqlar. Eyni zamanda musiqi dərslərində iştirak etmək üçün şagirdlər şəhərə getməyəcəklər.Həftə ərzində iki dəfə bir araya gələn 20 nəfər şagird müxtəlif çalğı alətlərində ifa edib mahnı oxumaqla məşğul olacaqlar. Uşaqların bu işə maqağını bilmək üçün bir sorğu apardım və bu layhəni işləməyə qərar verdim. Sorğunu sizə təqdim edirəm. İştirak edən şagirdlərin sayı 300 nəfər. Hədəf qrupum 6-8 –ci sinif şagirdləridir. Uşaqlar. həmişə. qismən. çox az. heç vaxt. 1. Dərsdən sonra. 50 100 120. 30 məşğuliyyətiniz varmı? 2. Hazırlıqlara gedirsizmi? 135. 62. 33. 70 3. Musiqi ilə məşğul olmaq 250 10. 25. 1 5 istərdinizmi? 4. Musiqi qrupu yaratmaq. 260 30. 10. istərdizmi? Məhz bu sorğu məni yüksək nəticələr əldə etmək inamı ilə layihəni yazmağa ruhlandırdı. Şagirdlər 4 ay müddətində dəvət olunmuş musiqiçilərdən dərs alacaqlar-nəticədə vaxtları səmərəi olmaqla yanaşı musiqi alətlərimizdə çala biləcəklər. 2. Məhəllə ansamblı yaranacaq.- məktəb və kəndimizdə olan şənliklərdə iştirak edəcəklər 3. Məhəllədə,nişan, əsgər yola salma mərasimlərində iştirak edəcəklər. 4. Milli alətlərimizi daha yaxından tanıyacaqlar. 5. Milli musiqimizi ən əsası himnimizi ifa etməyi öyrənəcəklər və başqa uşaqları da özlərinə cəlb edəcəklər. 6. Bəlkə də bu fikirdən bəhrələnib musiqi hansısa uşağın gələcək peşəsinə çevriləcək. Ən əsası notları öyrənəcəklər. 8. Məktəbimizin bütün tədbirlərində iştirak edəcəklər. 9. Zaman keçdikcə tək bizim məhəllə deyil, məktəbin uşaqları, sonra başqa kəndin uşaqları dəstəyə qoşulacaqlar və çox inanıram ki, uşaqlar daha pis vərdişlərə deyil, gələcəyə sağlam düçüncələrlə addımlayacaqlar. 7. Bu layihə nəticəsində uşaqlar bir-birilə sıx ünsiyyətdə olacaqlar və dəstəyə yeni uşaqlar dəvət edəcəklər. Bəlkə də dəstəni böyüdüb tək məhəllədə yox, rayon səviyyəsində qrupa çevirə bilərlər. Mən bir müəllim kimi uşaqların bu potensialına sahib olduqlarını yaxşı bilirəm. 8. Layihə həftədə 2 dəfə olmaqla 3 saat davam edəcək. İcra müddəti Layihə 25 Sntyabr 2022- 25 Yanvar2023-cu il tarixində icra ediləcək. Gözlənilən nəticələr -asudə vaxtını səmərəli keçirəcək -milli çalğı alətlərimizi yaxından tanıyacaq -ən azı onlardan birində milli musiqilərimizi ifa edəcək -el- obamızım adət-ənənələrinə daha da yaxın olacaq -gələcəkdə onun sevimli bir peşəsinə çevrilərək bəlkə də ustad sənətkara çevriləcəklər. Qazax bu sənətkarlara daha da açıqdır. Hazırda layihəmiz uğürla davam edir. Layihə boyunca kəndimizin görkəmli sənətkarlarımızla görüşlər təşkil olunur, həftədə iki dəfə müəllimlər tar , qarmon , itara və nağara alətlərində ifalar öyrədirlər. Təlimlər mənim evimdə keçirilir. Evdə onların həvəslə məşğul olmaları üçün hər cür şərait yaratmışıq. Şagirdlər həftəsonu təlimlərlə kifayətlənməyərək, həftə içi də özləri əlavə məşqlər edirlər.Bu vaxtadək şagirdlərimiz 5 mahnı və rəqs öyrəniblər və onu el şənliklərində nümayiş etdiriblər. Tahir Həsənov aia.az Geri dön |