Ana Sayfa > Media > Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır3-11-2022, 16:12. Yazar: sevinc1 |
Oktyabrın 31-də Prezident İlham Əliyev Soçi şəhərinə səfər edib. Bəyanat imzalanmazdan əvvəl Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşü keçirilmişdir. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Görüşdə qeyd olunmuşdur ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır.Bütün region ölkələri üçün bu ən əlverişli mövqedir.Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.Ölkələr arasında yaranacaq mehriban qonşuluq münasibətləri regionun iqtisadi cəhətdən inkişaf etməsinə çox böyük töhfələr verəcəkdir. Azərbaycan tezliklə Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Görüş zamanı II Qarabağ müharibəsindən də danışılıb. Qeyd olunub ki, münaqişə iki il bundan əvvəl həll edilib. Buna görə də burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.Münaqişə çərçivəsində olan bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunması bir daha təsdiqlənmişdir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşması üçün beynəlxalq hüququn 5 əsas fundamental prinsipini irəli sürüb və bu əsasda normallaşmaya nail olmaq istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusi vurğuladı, ölkənin milli maraqlarını güzəştə getməyəcəyini bir daha nümayiş etdirdi.Qalib komandan kimi İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir.Ölkəmizin artan gücü,o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi Geri dön |