Ana Sayfa > Özəl > Aqil Qasımov: Azərbaycan sülhsevərlik missiyasını uğurla həyata keçirir
Aqil Qasımov: Azərbaycan sülhsevərlik missiyasını uğurla həyata keçirir3-11-2022, 12:30. Yazar: sevinc1 |
Tarixən xeyirxahlığı, humanistliyi, sülhsevərliyi ilə seçilən Azərbaycanın uğurlu xarici siyasəti beynəlxalq hüquqi normalar əsasında qurulub. Müstəqil Respubliklamız hər zaman milli maraqları əsas götürərək dünya dövlətlərinin suverenliyiniə və ərazi bütövlüyünə hörmətlə yanaşır, heç bir ölkənin daxili işlərinə müdaxilə etmir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizi beynəlxalq münasibətlərdə vacib tərəfdaş kimi tanıdıb. Artıq Azərbaycan uzun müddətdir ki, bir sıra aktual qlobal problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınır. İndi Respublikamız dünyada sülhyaratma missiyasını layiqincə yerinə yetirir. Bu istiqamətdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Hələ bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə Azərbaycan əsas diqqətini dünyanın müxtəlif yerlərindəki münaqişələrin aradan qaldırılmasına yönəltmişdi. Eyni zamanda zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bölgədəki tərəfdaş dövlətlərin də inkişafına və rifahına xidmət edir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdəki rolunu daim yüksək qiymətləndirib. 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə etdiyi işgüzar səfəri Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentimiz hər zaman olduğu kimi, Soçi səfərinin gedişində də həm Rusiya Prezidenti ilə keçirdiyi ikitərəfli görüşdə, həm də Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə prinsipial və ədalətli mövqelərdən çıxış edərək müzakirə olunan məsələlərdə ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə nail oldu.Bir sözlə Soçi görüşü də ölkəmizin diplomatik qələbəsi ilə nəticələndi. Dünya dövlətləri görür və şahidlik edir ki, 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə və vaxtında yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. Çünki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması,kommunikasiyaların açılması və digər məsələlərdir. Ermənistan sülh müqaviləsini imzalamaq məsələsində tərəddüdlər içərisində olsa da, əminik ki, gec - tez sülh müqaviləsini imzalamağa məcbur olacaqdır. Siyasi analitiklər də Soçi görüşünü Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirirlər. Çünki, həmin sənədlərdə ölkəmizin mövqeyi dəstəklənir, milli maraqlarımız öndə saxlanılır. Azərbaycanın beynəlxalq hüququn əsas 5 prinsiplərini özündə ehtiva edən sülh təklifi əksər dünya gücləri tərəfindən dəstəklənir. Ermənistanın baş naziri 6 aprel 2022-ci il tarixdə keçirilən Brüssel görüşündə 5 prinsipi qəbul etməklə tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləmişdir. 31 avqustda keçirilən görüşdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin zəruriliyi vurğulandı. Soçi Bəyanatında bu müddəa da yer alıb ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlıq vacibdir. Mövcud təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə də razılıq əldə olundu. Rusiya Federasiyası da buna hər vasitə ilə kömək göstərəcəyini bildirdi. Digər bəyanatlar kimi, Soçi Bəyanatında da Qarabağ ifadəsinə rast gəlinmədi. Bu, bir daha onu təsdiqləyir ki, Möhtərəm Prezidentimizin vurğuladığı kimi münaqişə artıq tarixə qovuşub və Qarabağ müzakirə mövzusu deyil. Aqil Qasımov YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri aia.az Geri dön |